İran Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) qonşu ölkələrdə yerləşdirilməsi ilə bağlı məlumatlarla tanışdır. Biz sərhəddəki vəziyyəti izləyir və təhdidləri aradan qaldırmağa hazırıq.
Axar.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi bildirib.
Qeyd edək ki, bundan əvvəl İranın “Tasnim” agentliyi mənbələrə istinadən Ukraynanın İranla həmsərhəd ölkələrdə, o cümlədən İraq Kürdüstanında minlərlə pilotsuz uçuş aparatı yerləşdirdiyini yazıb. Agentliyin mənbələrindən biri qeyd edib ki, Tehran Kiyevin bu addımlarını NATO və Avropa İttifaqının düşmənçilik strategiyasının tərkib hissəsi kimi qiymətləndirir və cavab tədbirləri variantlarını nəzərdən keçirir.




