Türkiyədə İstanbul Baş Prokurorluğunun apardığı fond araşdırması çərçivəsində daha 5 nəfər saxlanılıb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Saxlanılanlar arasında AKP-dən olan keçmiş deputat və baş nazirin keçmiş müşaviri Ertan Aydın da var. Digər saxlanılanların Abdullah Dal, Fəxrri Uğur, Hakan Əryılmaz və Seda Tarım olduğu bildirilir.
Bununla da fond araşdırması çərçivəsində saxlanılan şübhəlilərin sayı 31-ə çatıb.




