Dünya · Axar.az

İran Kürdüstana ağır texnikalar yerləşdirir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İran Kürdüstana ağır texnikalar yerləşdirir xəbəri üçün şəkil

Bu gün səhər saatlarından İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) Kürdüstan əyalətinin bir neçə bölgəsinə çoxsaylı hərbçi və ağır hərbi texnika yerləşdirir.

Axar.az xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, qonşu əyalətlərdən Sənəndəc, Kamyaran, Sərvabad, Mərivan və Banə şəhərlərinə orta və ağır silahlarla təchiz edilmiş hərbi texnika karvanları göndərilib.

Digər tərəfdən, Kamyaran şəhərindəki mənbələr SEPAH-ın “Saberin” xüsusi təyinatlı bölməsinin yüzlərlə hərbçisinin dağlıq Şahu bölgəsinə yerləşdirildiyini qeyd ediblər.

Bundan əlavə, SEPAH-ın kəşfiyyat heyətinin Urmiyadakı “Həmzə Seyid əş-Şühəda” hərbi bazasından Sənəndəcdəki “Beyt əl-Müqəddəs” bazasına köçürüldüyü barədə məlumatlar yayılıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑