Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə razılaşmağa hazır olduqlarını bildirərək, müvəqqəti atəşkəs əvəzinə daimi sülh sazişinin əldə olunmasının vacibliyini vurğulayıb.
Publika.az xəbər verir ki, Putin dövlət televiziyasına açıqlamasında Ukrayna ilə danışıqlar prosesinə toxunub.
Rusiya lideri Moskvanın nəzarətinə keçən əraziləri tarixi baxımdan Rusiya torpaqları hesab etdiyini bildirib.
Putin, həmçinin Rusiyanı cəbhədə strateji məğlubiyyətə uğratmağın real olmadığını iddia edib. O, ruslarla ukraynalıların əslində vahid bir xalq olduğunu müdafiə edərək, Rusiyanın hərbi əməliyyat qarşısında qoyduğu bütün məqsədlərə çatacağını bildirib.
Rusiya prezidenti vurğulayıb ki, əsas məqsəd müvəqqəti atəşkəs deyil, yekun sülh sazişinə nail olmaq, bundan sonra isə həm Rusiyanın, həm də Ukraynanın təhlükəsizliyini təmin etmək və Avropanın təhlükəsizlik arxitekturasını müzakirə etməkdir.
Müəllif: Roza





