Bakı.Trend:
Moskvanın Vnukovo, Domodedovo, Şeremetyevo və Jukovski hava limanlarında uçuşlara məhdudiyyətlər tətbiq edilib.
Bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) mətbuat xidməti "Telegram" kanalında məlumat yayıb.
“Vnukovo, Domodedovo, Jukovski (Ramenskoye) və Şeremetyevo hava limanlarında hava gəmilərinin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilib”, — deyə məlumatda bildirilib.
Rosaviasiyada vurğulayıblar ki, bu tədbirlər uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır.
Qeyd edək ki, bundan bir qədər əvvəl Moskva meri Sergey Sobyanin “Maks” platformasında paytaxta doğru uçan bir neçə pilotsuz uçuş aparatının məhv edilməsi barədə məlumat vermişdi.




