İordaniyanın cənubunda yerləşən Hamud kəndindəki kilsədə silahlı insident baş verib.
"Al Arabiyya”nin xəbərinə görə, iki silahlı şəxs yas mərasiminin iştirakçılarına atəş açaraq, hadisə yerindən qaçıb.
Silahlı hücum nəticəsində azı 7 nəfər ölüb.
Hadisəni törədənlər polis tərəfindən axtarışdadır.


