Dünya · Axar.az

Polşa xüsusi təyinatlılarını Rusiya ilə sərhədə göndərdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Polşa xüsusi təyinatlılarını Rusiya ilə sərhədə göndərdi xəbəri üçün şəkil

Polşanın GROM xüsusi təyinatlı qüvvələrinin hərbçiləri təxribatların qarşısını almaq məqsədilə keçirilən polis əməliyyatına cəlb olunmaq üçün Kalininqrad vilayəti ilə sərhədə göndəriliblər.

Axar.az xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk Nazirlər Kabinetinin iclasından əvvəl jurnalistlərə açıqlamasında deyib.

“Bu əraziyə polis, sərhəd xidməti və antiterror bölmələrinin əhəmiyyətli qüvvələrinin göndərilməsi barədə qərar qəbul etmişik”, - o bildirib.

Tusk bu addımın Polşa və xarici xüsusi xidmət orqanlarının mümkün təxribat və diversiyalar barədə məlumatlarına əsaslandığını bildirib.

Polşa mətbuatı yazır ki, Tuskun antiterror qüvvələri adlandırdığı GROM xüsusi təyinatlıları Rusiya ilə sərhəddə vəziyyəti müşahidə edəcək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑