Dünya · Publika.az

Polşada siyasi böhran DƏRİNLƏŞİR: Tusk diktatorluqda ittiham edildi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Polşada siyasi böhran DƏRİNLƏŞİR: Tusk diktatorluqda ittiham edildi xəbəri üçün şəkil

Polşanın baş naziri Donald Tusk diktator olduğunu nümayiş etdirib.

Publika.az xəbər verir ki, bunu Polşa prezidenti Karol Navrotskinin mətbuat katibi Rafal Leskeviç "RMF24"ə açıqlamasında bildirib.

“Cümə günü Donald Tusk diktator olduğunu göstərdi. O, polis dəyənəklərinin köməyi ilə Konstitusiya Məhkəməsinə daxil oldu”, - deyə Leskeviç vurğulayıb.

O, Polşadakı siyasi böhranı hərbi vəziyyətin tətbiqi ilə müqayisə edib. Bildirib ki, hazırkı vəziyyətin yeganə fərqi küçələrdə tankların olmamasıdır.

Qeyd edək ki, oktyabrın 31-də Tusk Navrotski və ölkənin sabiq prezidenti Andjey Dudanı Polşada qanunun aliliyini məhv etməkdə ittiham edib. O, Konstitusiya Məhkəməsi ətrafında yaranmış böhranla bağlı məsələdə güzəştə getməyəcəyini vurğulayıb.

Müəllif: Adəm

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑