Dünya · Globalinfo.az

Ukraynanı müharibədən sonra nələr gözləyir? – Kritik müzakirə

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ukraynanı müharibədən sonra nələr gözləyir? – Kritik müzakirə xəbəri üçün şəkil

Ukrayna, ABŞ, Avropa ölkələri və NATO nümayəndələri Brüsseldə bir araya gələrək Kiyevin müharibədən sonrakı bərpası və təhlükəsizliyinə dair məsələləri müzakirə edəcəklər.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Berlində Almaniya kansleri Fridrix Merzlə birgə keçirdiyi mətbuat konfransında məlumat verib.

Zelenskinin sözlərinə görə, görüşdə Ukraynanın bərpası üçün nəzərdə tutulan yardım paketləri və ölkənin təhlükəsizliyinə dair təminatlar müzakirə olunacaq. Danışıqlar nümayəndə heyətləri səviyyəsində aparılacaq.

Bundan əvvəl Avropa Komissiyasının rəsmi nümayəndəsi Paula Pinyonun bildirdiyinə görə, Avropa Komissiyası  Ukrayna, ABŞ, Fransa, Almaniya, Böyük Britaniya və Dünya Bankının nümayəndələri ilə görüş keçirəcək. Tərəflər Ukraynanın müharibədən sonrakı bərpası məsələlərini müzakirə edəcəklər.

Qeyd edək ki, Zelenski bu gün əvvəlcədən elan olunmayan səfərlə Berlinə gəlib. Almaniyanın “Spiegel” nəşrinin məlumatına görə, Fridrix Merzlə görüşdə Rusiya və ABŞ ilə planlaşdırılan üçtərəfli danışıqlara hazırlıq, Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi və enerji sektoruna yardım məsələləri də diqqət mərkəzində olub.

Əliyar Xəlil

Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑