Dünya · Yeni Çağ

İsrail ABŞ-nin hərbi yardımı dayandıracağını gözləmirdi - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İsrail ABŞ-nin hərbi yardımı dayandıracağını gözləmirdi - Yeni Çağ xəbəri üçün şəkil

İsrailin Maliyyə Nazirliyinin nümayəndələri ABŞ-nin ölkəyə hərbi yardımı dayandırmaq niyyətindən xəbərdar idilər, lakin bunun bu qədər tez baş verəcəyini gözləmirdilər.

Yenicag.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

“Baş nazirin ofisindən (hərbi – red.) yardımın dayandırılması ilə bağlı rəsmi sənəd daxil olmayıb. Nazirlik onun verilməsini yekunlaşdırmaq niyyətindən xəbərdar idi, lakin bunun qısa müddətdə edilməsi planlarına təəccübləndi”, – Maliyyə Nazirliyinin nümayəndəsi bildirib.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə 2026-cı ilin sonundan Vaşinqtonun Təl-Əvivə təqribən 4 milyard dollar məbləğindəki illik hərbi yardımının dayandırılması barədə razılığa gəldiyini bildirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑