Polşanın Baş naziri Donald Tusk ölkəsinin Rusiya ilə sərhəddə, Kalininqrad vilayəti istiqamətində mümkün təxribatın qarşısını aldığını bildirib.
Tuskun sözlərinə görə, hadisə gecə saatlarında baş verib və Polşa təhlükəsizlik qüvvələri vəziyyətə operativ müdaxilə ediblər. Baş nazir insidentin təfərrüatları barədə geniş məlumat verməsə də, ölkənin sərhəd təhlükəsizliyinin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Polşa son dövrlərdə Rusiya ilə sərhədlərində təhlükəsizlik tədbirlərini artırıb. Varşava regionda baş verən hərbi və siyasi prosesləri milli təhlükəsizlik baxımından yaxından izləyir.
//Samir Qurbanov, Editor.az



