Dünya · Modern.az

İran parlamentinin 5 deputatı Azərbaycanda “arzuolunmaz şəxs” oldu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İran parlamentinin 5 deputatı Azərbaycanda “arzuolunmaz şəxs” oldu
İran parlamentinin 5 deputatı Azərbaycanda “arzuolunmaz şəxs” oldu

İran İslam Şurası Məclisinin hazırkı və keçmiş deputatları Azərbaycanda “arzuolunmaz şəxs” elan edilən 14 İran vətəndaşı arasında yer alıblar.

Modern.az xəbər verir ki, mediada və sosial şəbəkələrdə Azərbaycana qarşı çağırışlar səsləndirən, düşmənçiliyi təşviq edən şəxslərlə bağlı qəbul edilən qərara əsasən, onların Azərbaycan ərazisinə girişinə qadağa qoyulub.

Siyahıda İran parlamentinin deputatları Kamran Qəzənfəri, Əbülfəzl Zöhrəvənd, Abbas Moqtədayi Xorasqani və Əlirza Səlimi, eləcə də İran İslam Şurası Məclisinin keçmiş deputatı, siyasi şərhçi Əlirza Beyqi yer alıb.

Qeyd edək ki, həmin şəxslərin Azərbaycana qarşı əsassız ittihamlar və təhqiramiz ifadələr səsləndirdikləri, ölkənin suverenliyini, milli təhlükəsizliyini və konstitusiya quruluşunu hədəf alan çağırışlar etdikləri bildirilir.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑