Dünya · Editor.az

Rusiya Ukraynanın enerji infrastrukturuna genişmiqyaslı hücumlar həyata keçirib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiya Ukraynanın enerji infrastrukturuna genişmiqyaslı hücumlar həyata keçirib xəbəri üçün şəkil

Rusiya noyabrın 3-də Ukraynanın enerji infrastrukturuna raket və yüzlərlə pilotsuz uçuş aparatı ilə genişmiqyaslı hücumlar həyata keçirib.

Editor.az xəbər verir ki, Reuters-in məlumatına görə, hücumlar nəticəsində ölkənin bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranıb. Ukrayna tərəfi isə Rusiyanın enerji obyektlərinə qarşı hücumlarına cavab olaraq Rusiya ərazisindəki neft emalı zavodunu hədəfə aldığını bildirib.

Hücumlar ABŞ vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında keçirilməsi gözlənilən növbəti sülh danışıqlarından bir həftə əvvəl baş verib. Bu vəziyyət diplomatik prosesin gələcəyi ilə bağlı sualları artırır.

//Samir Qurbanov, Editor.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑