Dünya · Globalinfo.az

ABŞ və İran sülhün bir addımlığında: Kim güzəştə gedəcək?

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ və İran sülhün bir addımlığında: Kim güzəştə gedəcək? xəbəri üçün şəkil

Tehran nüvə proqramı ilə bağlı müəyyən güzəştlərə getməyə, ABŞ isə dondurulan İran aktivlərinin bir hissəsini blokdan çıxarmağa razılıq verib. Hazırda vasitəçilərin iştirakı ilə müvəqqəti sülh razılaşmasının elan edilməsi müzakirə olunur.

Globalinfo.az-ın xəbərinə görə, bu barədə Qətər və Pakistanın rəhbərlik etdiyi vasitəçilər qrupuna yaxın mənbələr məlumat veriblər.

Məlumata görə, Qətərin Tehrana səfər edən nümayəndə heyəti tərəfindən təqdim olunan təklif Vaşinqtonda qəbul edilib. Səudiyyə Ərəbistanı və BƏƏ-nin də təşəbbüsü dəstəklədiyi bildirilir.

İran Prezidenti Məsud Pezeşkian bildirib ki, ali lider Müctəba Xamenei hökumətə sülh danışıqları aparmaq üçün daha geniş səlahiyyətlər verib.

ABŞ-ın vitse-prezidenti Cey Di Vens isə İranla bir sıra konstruktiv müzakirələrin aparıldığını və danışıqlar yolu ilə razılaşmanın əldə olunması perspektivinə nikbin yanaşdıqlarını açıqlayıb.

Əliyar Xəlil

Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑