Ölkə.az xəbər verir ki, diplomat sosial media hesabında etdiyi paylaşımda qeyd edib:
""Al Jazeera" telekanalına müsahibəmdə Körfəz Əməkdaşlıq Şurası ölkələrinə qarşı düşmənçilik etmədiyimizi vurğuladım. Qətər və Omanın bu istiqamətdəki müsbət rolunu yüksək qiymətləndirir, Səudiyyə Ərəbistanı ilə dialoqumuzu uğurla davam etdiririk"
Nazir həmçinin Tehranın yeni regional təhlükəsizlik sisteminin yaradılmasını dəstəklədiyini diqqətə çatdırıb. İran tərəfinin mövqeyinə görə, Fars körfəzi dövlətləri xarici hərbi qüvvələrin müdaxiləsi olmadan, müstəqil şəkildə öz təhlükəsizlik mexanizmlərini formalaşdırmalı və qarşılıqlı əməkdaşlığı daha da gücləndirməlidirlər.
Elvin
Ölkə.az





