Dünya · Globalinfo.az

Quamda respublikaçılar qələbə qazandı – Tramp

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Quamda respublikaçılar qələbə qazandı – Tramp xəbəri üçün şəkil
0021053e 1600

ABŞ Prezidenti Donald Tramp Quam adasında keçirilən qubernator seçkilərində Respublikaçılar Partiyasının namizədinin qalib gəldiyini bəyan edib.

Globalinfo.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında paylaşım edib.

ABŞ lideri partiyasının ölkə üzrə keçiriləcək aralıq seçkilərində də oxşar nəticə əldə edəcəyinə ümid etdiyini bildirib.

Onun sözlərinə görə, ənənəvi olaraq demokratların güclü mövqeyə malik olduğu Quamda qubernatorluğa namizəd Toni Ada vaxtından əvvəl qalib elan olunub. Tramp, həmçinin respublikaçıların adanın Senatında da çoxluğu əldə etdiyini qeyd edib.

Qeyd edək ki, noyabrın 3-də ABŞ-da keçirilən aralıq seçkilər Konqresdə növbəti iki il ərzində siyasi qüvvələrin nisbətini müəyyənləşdirəcək. 

Əliyar Xəlil,

Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑