Bakı. Trend:
Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətinin rəhbəri Rəşad Məhəmməd Əl-Əlimi İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) husilərə hərbi dəstəyi artırmaqda ittiham edib.
Bu barədə "SABA" xəbər agentliyi məlumat yayıb.
Əl-Əliminin sözlərinə görə, SEPAH husilərin hərbi əməliyyatlarını istiqamətləndirmək, onlara raket texnologiyaları və pilotsuz uçuş aparatlarının hazırlanmasında dəstək göstərməkdə getdikcə daha fəal rol oynayır.
O, İranın regional təsirini qorumaq məqsədilə Yəməndəki hərbi iştirakını genişləndirdiyini bildirib.
“Əl-Cəzirə”nin məlumatına görə, İran husilərə dəstək göstərdiyini dəfələrlə təkzib edib. Husilər də Tehrandan müstəqil fəaliyyət göstərdiklərini bəyan ediblər.




