Dünya · SİA

İrəvanda dəhşətli yol qəzası - 8 ölü var

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İrəvanda dəhşətli yol qəzası - 8 ölü var xəbəri üçün şəkil

Ermənistanın Araqatsotn vilayətində 4 avtomobilin toqquşması nəticəsində 8 nəfər ölüb, 3 nəfər isə yaralanıb. SİA Ermənistan mediasına istinadən xəbər verir ki, hadisə axşam saatlarında İrəvan - Vanadzor magistral yolunda, Tsilkar kəndi ərazisində baş verib. "Jeep Compass", "Opel Zafira", "Chevrolet Volt" markalı avtomobillər və yük maşını toqquşub.

Müxtəlif dərəcəli xəsarətlər alan 3 zərərçəkmiş "Ermənistan" tibb mərkəzinə çatdırılıb. Faktla bağlı cinayət işi başlanıb. Hüquq-mühafizə orqanları ölənlərin və yaralananların şəxsiyyətini müəyyənləşdirir, qəzanın başvermə şəraitini araşdırır.

Mətləb

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑