İndoneziyada Prezident Prabovo Subiantonun və ölkənin digər tanınmış şəxslərinin telefon danışıqlarını qanunsuz dinləməkdə şübhəli bilinən üç yüksək rütbəli polis generalı saxlanılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb. Belə ki, saxlanılanlar arasında Prezident Aparatının rəhbəri general Listyo Sigit Prabovo, Milli Polisin Hüquq İdarəsinin rəisi Ahrie Sonta Nasution və general Eko Hadi Santoso var.
Hər üç general hazırda paytaxt Cakartada, Milli Polis Baş İdarəsinin təcridxanasında saxlanılır.
İstintaqın ilkin məlumatlarına əsasən, şübhəlilər 2025-2026-cı illərdə prezidentin, dövlət rəsmilərinin, siyasətçilərin, jurnalistlərin, ictimai fəalların və iş adamlarının telefon danışıqlarını müvafiq icazə və qanuni prosedurlar olmadan izləyiblər.
Hüquq-mühafizə orqanları bildiriblər ki, telefon nömrələri lazımi yoxlama aparılmadan polisin qanuni dinləmə sisteminə daxil edilib.
Bundan başqa, generalların qanunsuz dinləmələrə dair izləri aradan qaldırmaq məqsədilə sistemdəki audiofaylların və digər elektron məlumatların silinməsinə göstəriş verdikləri iddia olunur.
Araşdırma çərçivəsində 10 şahid və üç ekspert dindirilib, 11 mobil telefon, bir planşet və dörd fləşkart maddi sübut kimi götürülüb.
İndoneziya rəsmiləri hadisə ilə bağlı araşdırmanın davam etdiyini, hələlik qanunsuz dinləmələrin hansı məqsədlə həyata keçirildiyinin müəyyənləşdirilmədiyini bildiriblər.
Tahir Turan
Globalinfo.az





