Dünya · Teleqraf

CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib xəbəri üçün şəkil

BAKI, 4 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Konqresə keçirilən aralıq seçkilərin nəticələrini Ağ Evdən izləyəcək.

Teleqraf xəbər verir ki, bu barədə CNN telekanalı məlumatlı mənbələrə istinadən xəbər yayıb.

Məlumata görə, Tramp ən yaxın müttəfiqləri və administrasiya üzvləri ilə birlikdə səslərin hesablanmasını Ağ Evin Şərq zalından izləməyi planlaşdırır.

Mənbələr bildiriblər ki, ABŞ lideri seçki kampaniyasına maliyyə dəstəyi göstərməsinin, televiziya çıxışlarının, eləcə də Respublikaçılar Partiyasının namizədlərinin təşviqi məqsədilə keçirdiyi görüşlərin partiyaya qələbə şansı yaratdığını düşünür.

Bununla belə, Tramp yaxın çevrəsi ilə söhbətlərində respublikaçıların seçkilərdə ən pis ssenari ilə üzləşə biləcəyini də etiraf edib.

Ağ Evin iki rəsmisi CNN-ə açıqlamasında administrasiyanın seçkilərin istənilən nəticəsinə hazır olduğunu bildirib.

Telekanal daha əvvəl Ağ Evdə seçki günü atmosferinin “ehtiyatlı nikbinlik” şəraitində keçdiyini xəbər vermişdi.

Qeyd edək ki, noyabrın 3-də ABŞ-da Konqresə aralıq seçkilər keçirilir. Seçicilər Senatın 100 üzvündən 35-ni, Nümayəndələr Palatasının isə bütün 435 üzvünü müəyyənləşdirirlər.

Bundan əlavə, 36 ştatda qubernator, əksər ştatlarda isə baş prokurorlar, yerli qanunverici orqanların üzvləri və digər vəzifəli şəxslər seçilir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑