Dünya · Yeni Sabah

Paşinyan Akopyana görə onları məhkəməyə verdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Paşinyan Akopyana görə onları məhkəməyə verdi xəbəri üçün şəkil

Ermənistanın Baş naziri Nikol Paşinyan keçmiş həyat yoldaşı Anna Akopyandan ayrılması ilə bağlı dərc olunmuş məqalələrə görə məhkəməyə müraciət edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə erməni mediasında məlumat yayılıb.

Bildirilib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalist Anna Gevorkyana və "Iravunk Tert LLC" şirkətinə qarşı Anna Akopyandan ayrılmasının səbəbləri ilə bağlı dərc olunmuş böhtan xarakterli məqalələrə görə iddia qaldırıb. pizza

Siyasətçi təkzib və 4 milyon dram (təxminən 18 min 860 manat) təzminat tələb edir.

İddia ərizəsi 30 sentyabr və 5 oktyabr 2026-cı il tarixlərində dərc olunmuş materiallarla əlaqəlidir. İddia edilir ki, Paşinyan və Akopyan birgə topladıqları kapitalı leqallaşdırmaq, əmlakı ikincinin adına keçirmək və Avropada daşınmaz əmlak almaq niyyətində olublar. Xüsusilə, Parisin mərkəzində 5,7 milyon avro dəyərində ev alınmasından bəhs edilir.

Məqalədə Akopyanın 2018-2020-ci illərdə İsveçrəyə səfərləri və bu səfərlərlə pul vəsaitlərinin axını arasında mümkün əlaqə də qeyd olunub.

Paşinyan yayılan məlumatı yalan və böhtan hesab edir. O, cavabdehlərdən məhkəmənin qərarının qüvvəyə minməsindən sonrakı beş iş günü ərzində eyni platformalarda təkziblərini göndərmələrini tələb edir./Axar.az


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑