Dünya · Globalinfo.az

İki ölkə birləşir – İşlər tamamlandı, 10 dəqiqə ərazində…

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İki ölkə birləşir – İşlər tamamlandı, 10 dəqiqə ərazində… xəbəri üçün şəkil

Avropanın ən böyük infrastruktur layihələrindən biri hesab olunan Fehmarnbelt tunelinin tikintisi sürətlə davam edir. Almaniya ilə Danimarkanı birləşdirəcək 18 kilometrlik nəhəng sualtı tunel istifadəyə verildikdən sonra iki ölkə arasında avtomobil və dəmir yolu əlaqəsini əhəmiyyətli dərəcədə sürətləndirəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Local Germany” məlumat yayıb. Belə ki, layihə başa çatdıqdan sonra Fehmarnbelt tuneli dünyanın ən uzun suya batırılmış boru tuneli olacaq.

Tuneldən həm avtomobillər, həm də sürətli qatarlar istifadə edə biləcək. Nəticədə iki ölkə arasında səyahət müddətinin təxminən 10 dəqiqəyə qədər azalacağı gözlənilir.

Layihənin Almaniya tərəfində, Putqarden şəhərində tunelin giriş hissəsinin dəmir-beton konstruksiyasının tikintisi başa çatıb. Təxminən üç ildir davam edən işlər çərçivəsində 450 metr uzunluğunda qapalı tunel və 150 metr uzunluğunda keçid sahəsi inşa edilib.

2026-cı ilin oktyabrında ümumilikdə 600 metrlik konstruksiyanın əsas tikinti işləri yekunlaşıb və tunelin dam örtüyünün son beton hissəsi tökülüb. Hazırda daxili hissələrdə yanğına davamlı panellərin quraşdırılması və texniki avadanlıqların yerləşdirilməsi işlərinə başlanılır.

Tunel əvvəlcədən quruda hazırlanmış nəhəng beton elementlərin dəniz dibində qazılmış xəndəyə endirilməsi və birləşdirilməsi üsulu ilə inşa edilir.

Layihənin tamamlanması Avropanın nəqliyyat xəritəsində mühüm dəyişiklik yaradacaq. Yeni tunel Almaniya və Danimarka arasında əlaqəni asanlaşdırmaqla yanaşı, Skandinaviya ölkələri ilə Mərkəzi Avropa arasındakı nəqliyyat marşrutunun da əhəmiyyətini artıracaq.

Tahir Turan
Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑