ABŞ Prezidenti Donald Trampın ilin sonunadək İsrailə hərbi yardımın dayandırılacağı ilə bağlı açıqlaması ölkənin Maliyyə Nazirliyində təəccüblə qarşılanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Walla” qəzeti məlumat yayıb.
Bildirilib ki, İsrail Maliyyə Nazirliyi Baş nazirin ofisindən yardımın dayandırılması ilə bağlı hər hansı rəsmi sənəd almayıb.
Nazirliyin nümayəndəsi bildirib ki, qurum yardımın dayandırılması ehtimalından xəbərdar olsa da, bunun bu qədər tez həyata keçiriləcəyini gözləməyib.
“Ynet” portalı isə Maliyyə Nazirliyinin adının açıqlanmasını istəməyən yüksək vəzifəli rəsmisinə istinadən qərarın İsrail iqtisadiyyatı üçün ciddi nəticələr doğura biləcəyini yazıb.
“İki illik yardımdan imtina etmək 8 milyard dollar deməkdir. Bu pulu haradan alacağıq? Aydındır ki, vətəndaşların vergiləri hesabına”, – deyə rəsmi bildirib.
Əliyar Xəlil,





