Dünya · Bakupost.az

Dəməşqdən sürpriz geosiyasi gediş: Suriya Məkkə Birliyinə qoşulsa, nə olacaq?

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Dəməşqdən sürpriz geosiyasi gediş: Suriya Məkkə Birliyinə qoşulsa, nə olacaq? xəbəri üçün şəkil

Suriya xarici işlər naziri Əsəd əl-Şeybani Dəməşqin də Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında müdafiə ittifaqı olan Məkkə Birliyinə qoşulmağı düşündüyünü bildirib.
“Bakupost” xəbər verir ki, Bəhreyndə keçirilən Manama Dialoqu konfransında çıxış edən nazir Suriyanın alyansa qoşulmaq üçün iştirakçı ölkələrlə danışıqları genişləndirəcəyini qeyd edib.
Suriyalı nazir Yaxın Şərqin əvvəlkindən daha çox birgə çəkindirmə və müdafiəyə ehtiyacı olduğunu vurğulayıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistandan ibarət Məkkə Birliyi avqustun 7-də imzalanıb. Yaranmasından az sonra mətbuatda İranın da birliyə qoşula biləcəyi barədə məlumatlar yer aldı. İndi isə Dəməşq də öz taleyini Məkkə Birliyilə bağlamaq niyyətini ortaya qoyur. Bütün bunlar birliyə marağın getdikcə artdığına işarə sayıla bilər.
Suriyanın da Məkkə Sazişinə qoşulması mümkündürmü? Bunun baş verməsi regiona nə verəcək?
Konfliktoloq Azər Hüseynov “Bakupost”a bildirib ki, Yaxın Şərqdə proseslər o qədər sürətlə inkişaf edir və dəyişir ki, bu gün bir-birinə müttəfiq olan qüvvələrin sabah fərqli mövqelərdə dayanması artıq təəccüblü görünmür.
Müsahibimiz Suriyanın Məkkə Paktına qoşula biləcəyini istisna etmədi:
“Bu baş verə bilər. Sadəcə olaraq bunun zamanlaması Dəməşqdən asılı deyil”.
Ekspertin sözlərinə görə, Dəməşqin Məkkə Birliyində yer alması İsraili qıcıqlandırsa da, Təl-Əviv geri çəkilməyəcək: “İsrail və Amerika Birləşmiş Ştatları arasında müəyyən məsələlərdə fikir ayrılıqları olsa da, İran məsələsində onların ortaq maraqları və mövqeləri mövcuddur. Eyni zamanda, Suriya ərazilərinin bir hissəsi hələ də İsrailin nəzarəti altındadır.İsrailin mövcud proseslərdən qorxacağını düşünmürəm. Əksinə, İsrailin yeni geosiyasi reallıqlara və dəyişən regional şərtlərə uyğunlaşmağa çalışacağını ehtimal edirəm. Çünki bu qarşıdurmada İsrailin əlində mühüm üstünlüklər var: texnoloji imkanlar, hərbi üstünlük və güclü müttəfiq dəstəyi. Buna görə də İsrailin geri çəkilməkdən daha çox, öz strategiyasını yeni tələblərə uyğunlaşdıraraq növbəti mərhələləri həyata keçirməyə çalışacağını düşünürəm”.
Rüfət Sultan,BakuPost
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑