Dünya · Publika.az

Lavrovdan NATO ilə bağlı açıqlama: ABŞ alyansdan getməyəcək, amma...

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Lavrovdan NATO ilə bağlı açıqlama: ABŞ alyansdan getməyəcək, amma... xəbəri üçün şəkil

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın Avropa ilə münasibətlərindəki soyuqluğa baxmayaraq, NATO üzvlüyündən imtina etməyəcəyini bildirib.

Publika.az xəbər verir ki, Lavrovun sözlərinə görə, ABŞ Şimali Atlantika Alyansını tərk etməyəcək, lakin hərbi mövcudluğunu tədricən daha şərqə doğru köçürəcək.

Nazir qeyd edib ki, Avropa ölkələrinin rəhbərləri artıq təhlükəsizlik məsələlərində məsuliyyəti öz üzərlərinə götürməyin zəruriliyindən danışmağa başlayıblar.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp da Vaşinqtonun NATO-dan uzaqlaşdığını və alyans üzvlüyündən imtinanın mümkünlüyünü istisna etmədiyini bildirmişdi.

Müəllif: Adəm

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑