Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri Məkkə inzibati rayonu üzərində pilotsuz uçuş aparatının ələ keçirildiyini açıqlayıb.
Editor.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, bu barədə koalisiyanın sözçüsü, general-mayor Türki əl-Maliki “X” sosial şəbəkəsində paylaşım edib.
Onun sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri Məkkə bölgəsində bir PUA-nı zərərsizləşdirərək ələ keçiriblər.
Lakin Yəməndə fəaliyyət göstərən husilər bu məlumatı təkzib ediblər. “Ənsar Allah” hərəkatının sözçüsü Yəhya Saria noyabrın 3-də Səudiyyə Ərəbistanına qarşı heç bir hücum həyata keçirmədiklərini bildirib. O, koalisiyanın açıqlamasını “ağ yalan” adlandırıb.
Qeyd edək ki, bu, Məkkə və Mədinə ilə bağlı ilk belə qarşılıqlı ittiham deyil. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya daha əvvəl də husiləri müsəlmanların müqəddəs şəhərlərini hədəfə almağa cəhddə ittiham edib. Husilər isə bu iddiaları dəfələrlə rədd ediblər.
Beləliklə, Məkkə səmasında PUA ilə bağlı hadisənin kim tərəfindən törədildiyi ətrafında tərəflərin mövqeləri kəskin şəkildə fərqlənir.




