Türkiyənin Qəhrəmanmaraş şəhərində Millətçi Hərəkat Partiyasının (MHP) millət vəkili Zühal Karakoç və MHP-nin vilayət sədri Mansur Metexanın olduğu avtomobil karvanı qəzaya uğrayıb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Afşin-Göksun magistral yolunda baş verən qəza nəticəsində bir nəfər həyatını itirib, dörd nəfər isə xəsarət alıb. Millət vəkili Karakoç və sürücüsünün də xəsarət alanlar arasında olduğu bildirilib.
Qəza ilə bağlı araşdırma başladılıb.



.jpg)

