İranın Semnan şəhərində yaşayan sosial media fəalı Əmin Qənbəri 20 il həbs cəzasına məhkum edilib.
Axar.az xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.
Semnan şəhərinin İnqilab Məhkəməsi onu "İrana qarşı media fəaliyyəti", "toplaşmaq və gizli sövdələşmə", "hökumətə qarşı təbliğat", "Pəhləviləri və yanvar etirazları qurbanlarını dəstəkləmək" və "İslam Respublikasının qurucusunu təhqir etmək"də günahlandırıb.





