Dünya · Axar.az

İrana qarşı böyük plan: silahlılar yeridilir - İddia

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İrana qarşı böyük plan: silahlılar yeridilir - İddia xəbəri üçün şəkil

İrana qarşı olan silahlı müxalifətin bir neçə həftə ərzində Bəlucistan magistral yollarına nəzarəti ələ keçirmə ehtimalı var.

Axar.az xəbər verir ki, bu haqda Əfqanıstan mənbələri kəşfiyyat hesablamalarına əsasən məlumat yayıblar.

Məlumata görə, bir neçə xarici silahlı qrup Sistan və Bəlucistana təlim keçmiş qüvvələr göndərməyi planlaşdırır. Bu qüvvələr bir neçə ölkədə döyüşüb. Onların əyalətin bəzi yerlərində hücumlar həyata keçirməsi planlaşdırılır.

İddiaya görə, “Ənsarullah Tacikistan Camaatı”nın lideri Mövləvi İbrahim Tacik bu planı Şərqi Türküstan İslam Hərəkatının lideri Mövləvi Əbdülhaq ilə birlikdə irəli sürür. Onların hər ikisi bu işdə Ceyş əl-Ədl, Əl-Furqan və Xalq Döyüşçüləri Cəbhəsi ilə əməkdaşlıq edirlər. Bu qüvvələrə Mövləvi Cümə adlı bir şəxs komandanlıq edir.

Qeyd olunur ki, İranın Sistan və Bəlucistan əyalətinin əhəmiyyətli obyektləri və magistral yolları bir neçə həftə ərzində İslam Respublikasına qarşı silahlı müxalifətin əlinə keçə bilər. Eyni mənbəyə görə, Əfqanıstanın şimalındakı minlərlə xarici döyüşçünün hərəkəti İran, Tacikistan, Özbəkistan və Çini təhdid edir.

Xatırladaq ki, bir neçə gün əvvəl İranın Ali Milli Təhlükəsizlik Şurasına bağlı olan rəsmi media orqanı “Nur Nyus” da məsələ ilə bağlı oxşar məlumat yayıb.

Məlumatda “Xalq Döyüşçüləri Cəbhəsi” adlı qrupa 50.000 nəfərin cəlb olunduğu və onların təxminən 1500 üzvünün İranın daxilinə göndərildiyi bildirilib.

Hökumət mediası son vaxtlar Sistan və Bəlucistan əyaləində baş verən silahlı toqquşmaların həmin qrupun işi olduğunu bildirib və bunun ölkədə təhlükəsizlik mühitini pozmağa hesablandığını yazıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑