Dünya · Axar.az

İran 1979-cu ildən ABŞ-a qarşı müharibə aparır - Tramp

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İran 1979-cu ildən ABŞ-a qarşı müharibə aparır - Tramp xəbəri üçün şəkil

ABŞ Prezidenti Donald Tramp zərurət yaranacağı təqdirdə İrana yenidən hərbi zərbə endirməkdən çəkinməyəcəyini bildirib.

Axar.az xəbər verir ki, Tramp bu barədə Texas ştatında tərəfdarları qarşısında çıxışı zamanı danışıb.

“Dünən məndən soruşdular ki, yenidən belə bir vəziyyət yaransaydı, İrana hücum edərdinizmi? Cavab verdim ki, şübhəsiz. Bu, indiyədək gördüyüm ən böyük işlərdən biridir”, – ABŞ lideri deyib.

Tramp ABŞ-ın İranla müharibəyə başlamadığını iddia edib.

“Amerika İranla müharibəyə başlamayıb. İran 1979-cu ildən bəri Amerikaya qarşı müharibə aparır”, – o bildirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑