Dünya · Axar.az

Demokratların qələbəsi: Trampın "əl-qolu bağlandı"

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Demokratların qələbəsi: Trampın "əl-qolu bağlandı" xəbəri üçün şəkil

ABŞ-da aralıq seçkilərində demokratların qələbəsi prezident Donald Trampın İrana qarşı yeni hərbi əməliyyat qərarını çətinləşdirə bilər.

Axar.az xəbər verir ki, bunu Cenevrə Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun (GIPRI) katibi və Cenevrə Tətbiqi Elmlər Universitetinin (SWISS UMEF) professoru İşem Lemisi deyib.

“Tramp hərbi gücə əl atmaq istədikdə, Konqresə müraciət etməli olacaq. İndi onun İranla konflikti başlatması olduqca çətin olacaq. Qanunverici hakimiyyəti aşmalı və Konqresin təsdiqi üçün vaxt məhdudiyyətlərindən yararlanmalıdır”, - ekspert bildirib.

Onun sözlərinə görə, əgər Tramp güclü demokrat çoxluğuna malik yeni Konqres çərçivəsində hərbi əməliyyatlar apararsa, bu, prezidentin ABŞ-da mövcud siyasi reallığı aşmaq cəhdi kimi qəbul edilə bilər.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑