Dünya · Axar.az

Bu, müharibəni bitirməyin ilk siqnalı ola bilər - Zelenski

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bu, müharibəni bitirməyin ilk siqnalı ola bilər - Zelenski xəbəri üçün şəkil

Enerji atəşkəsi Rusiyanın müharibəni bitirməyə həqiqi hazırlığının ilk siqnalı ola bilər.

Axar.az “Ukrinform”a istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski “TSN.Nedelya”nın aparıcısı Alla Mazur ilə müsahibəsində bildirib.

"Enerji atəşkəsi ilk addımdır. Mən inanıram ki, bu, bir siqnal ola bilər", - deyə Zelenski vurğulayıb.

Prezident qeyd edib ki, Ukrayna texniki qrup səviyyəsində üçtərəfli danışıqlara hazırdır və bu danışıqlar konkret nəticələrə gətirib çıxarmalıdır.

Zelenskinin sözlərinə görə, tərəflər müharibəni bitirən sənəd, enerji atəşkəsi haqqında razılaşma və ya dəniz gəmiçiliyinin açılması barədə razılığa gələ bilərlər.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑