Dünya · Axar.az

Bakıda restoranda kütləvi zəhərlənmə ilə bağlı açıqlama

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bakıda restoranda kütləvi zəhərlənmə ilə bağlı açıqlama xəbəri üçün şəkil

Bakı şəhəri, Nizami rayonunda yerləşən “Qızıl Qaya” restoranında zəhərlənmə şübhəsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırmalar aparılır.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib

"İlkin araşdırmalara əsasən, agentliyin əməkdaşları tərəfindən restoranda keçirilən yoxlama zamanı müəssisənin ümumi sanitar-gigiyenik vəziyyətinin qənaətbəxş olmadığı, qida məhsullarının emalı və saxlanılması zamanı nöqsanlara və çarpaz çirklənmə risklərinə yol verildiyi müəyyən edilib. Nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir", - məlumatda qeyd edilib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑