Dünya · Globalinfo.az

Rubio Putin haqda diplomatlara görün nə deyibmiş

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rubio Putin haqda diplomatlara görün nə deyibmiş xəbəri üçün şəkil

ABŞ dövlət katibi Marko Rubio Rusiya Prezidenti Vladimir Putinin 2027-ci ilin yazına qədər Ukrayna ilə bağlı hər hansı razılaşmaya gedəcəyinə inanmır.

Globalinfo.az xəbər verir ki, bu barədə jurnalist Aleks Raufoglu sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, ABŞ-da keçirilən G20 ölkələrinin xarici işlər nazirlərinin görüşündən sonra avropalı diplomatlarda belə təəssürat yaranıb.

Üç yüksəkvəzifəli avropalı məmurun sözlərinə görə, Rubio qapalı görüşlərdə Qərb diplomatlarına Putinin dekabr ayında Floridada keçiriləcək G20 sammitində iştirak etməyə razılıq verəcəyinə də şübhə ilə yanaşdığını bildirib.

Bundan əlavə, Rubio Ukraynanın NATO-ya üzvlüyünün ölkənin təhlükəsizliyinə zəmanət verəcəyi fikrini “real olmayan” yanaşma adlandırıb.

Raufoglunun sözlərinə görə, ABŞ dövlət katibi Putinin bu şərtlə heç vaxt razılaşmayacağını deyib.

Oktyabrın 31-də ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə bağlı razılaşmanın əldə olunmasına yaxın olduqlarını bəyan etmişdi.

Əliyar Xəlil
Globalinfo.az 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑