Dünya · Modern.az

Ərdoğandan Rusiya və Ukraynaya ÇAĞIRIŞ: "Qara dənizdə məsuliyyətli davranın"

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ərdoğandan Rusiya və Ukraynaya ÇAĞIRIŞ: "Qara dənizdə məsuliyyətli davranın"
Ərdoğandan Rusiya və Ukraynaya ÇAĞIRIŞ: "Qara dənizdə məsuliyyətli davranın"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukraynanı Qara dənizdə hərbi əməliyyatları dayandırmağa və məsuliyyətli davranmağa çağırıb.

Modern.az-ın xəbərinə görə, bu barədə o, İstanbulda Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında bildirib. Məlumatı “Al Jazeera” yayıb.

Ərdoğan qeyd edib ki, Qara dənizdə gərginliyi artıran addımlar heç kimin maraqlarına uyğun deyil.

“Bu hücumlara, onları kimin həyata keçirməsindən və hansı bəhanənin gətirilməsindən asılı olmayaraq, heç bir halda dözə bilmərik. Bütün tərəfləri bu məsələdə məsuliyyətli davranmağa çağırırıq”, – deyə Türkiyə prezidenti vurğulayıb.

Onun sözlərinə görə, Ankara Rusiya və Ukraynaya dənizdə döyüşlərin dayandırılması ilə bağlı təkliflər göndərsə də, tərəflərdən heç biri konkret addım atmayıb.

Zelenski isə oktyabrın 31-də Ərdoğanla Qara dənizdə “taxıl dəhlizi”nin fəaliyyəti istiqamətində əməkdaşlıq barədə razılığa gəldiklərini açıqlayıb.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑