Dünya · Teleqraf

Zelenski Putinlə Türkiyədə görüşməyə hazır olduğunu bildirib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Zelenski Putinlə Türkiyədə görüşməyə hazır olduğunu bildirib xəbəri üçün şəkil

BAKI, 1 noyabr. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə Türkiyədə görüşməyə hazır olduğunu açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna lideri "CNN Türk"ə müsahibədə bildirib.

"Prezident Rəcəb Tayyib Ərdoğanın Vladimir Putinlə birbaşa əlaqəsi var. Bu səbəbdən biz Türkiyədəki görüşü dəstəkləyirik", - V.Zelenski qeyd edib.

O vurğulayıb ki, müharibənin dayandırılması üçün texniki heyətlərin danışıqları kifayət etmir və məsələlərin həlli üçün birbaşa liderlərin iradə ortaya qoyması şərtdir:

"Texniki qruplar görüşdükdə nəticəyə çatmaq çətin olur. Amma biz, liderlər olaraq iradəmizi ortaya qoyduqda həll edə bilməyəcəyimiz problem yoxdur. Liderlərin görüşündən sonra insanlar bir irəliləyiş görməzsə, bu, diplomatiyanın məğlubiyyəti kimi qiymətləndiriləcək. Bu səbəbdən qərar qəbul edənlər olaraq görüşmək istəyirik".

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑