Dünya · Bizim.Media

Rusiyanın ən varlı iş adamlarının sərvəti 28 milyard dollar azaldı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiyanın ən varlı iş adamlarının sərvəti 28 milyard dollar azaldı xəbəri üçün şəkil

Rusiyanın ən varlı iş adamlarının ümumi sərvəti ilin əvvəlindən bəri 28 milyard dollardan çox azalıb.

Bizim.Media xəbər verir ki, “Bloomberg Billionaires Index”in oktyabr ayının sonuna olan məlumatlarına görə, ən böyük itki “Norilsk Nikel” şirkətinin prezidenti Vladimir Potanində qeydə alınıb. Onun sərvəti il ərzində 8,1 milyard dollar azalaraq 21,6 milyard dollara düşüb.

İkinci yerdə “Onexim” şirkətinin sahibi Mixail Proxorov qərarlaşıb. Onun sərvəti 4,86 milyard dollar azalaraq 10,8 milyard dollar təşkil edib. Mixail Fridmanın aktivləri isə 3,8 milyard dollar azalaraq 10,4 milyard dollara enib.

Sərvət itkisinə görə sonrakı yerləri belə bölüşdürülüb:

- “SUEK” şirkətinin qurucusu Andrey Melniçenko – 2,8 milyard dollar itki, sərvəti 17,4 milyard dollar;

- “Telegram”ın həmtəsisçisi Pavel Durov – 2,61 milyard dollar itki, sərvəti 12,1 milyard dollar;

- “LUKOIL”ın keçmiş vitse-prezidenti və ortaq sahibi Leonid Fedun – 1,96 milyard dollar itki, sərvəti 8,63 milyard dollar;

- NLMK Direktorlar Şurasının sədri Vladimir Lisin – 1,75 milyard dollar itki, sərvəti 21,2 milyard dollar;

- “NOVATEK”in ortaq sahibi Leonid Mixelson – 1,14 milyard dollar itki, sərvəti 23,8 milyard dollar;

- USM holdinqinin qurucusu Əlişir Usmanov – 914 milyon dollar itki, sərvəti 17,3 milyard dollar;

- “Severstal” şirkətinin sahibi Aleksey Mordaşov – 515 milyon dollar itki, sərvəti 27,8 milyard dollar.

“Bloomberg Billionaires Index” reytinqi milyarderlərin pay sahibi olduqları şirkətlərin səhmlərinin dəyəri əsasında hazırlanır. Bəzi şirkətlər üçün hesablamalarda kapitallaşmanın EBITDA-ya və ya səhm qiymətinin səhmə düşən mənfəətə nisbəti də nəzərə alınır. Reytinqə dünyanın ən varlı 500 şəxsi daxildir.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑