Dünya · Bizim.Media

Tramp: “Braziliyanın sabiq prezidentinin oğlu ABŞ-da istədiyi qədər qala bilər”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp: “Braziliyanın sabiq prezidentinin oğlu ABŞ-da istədiyi qədər qala bilər” xəbəri üçün şəkil

ABŞ Prezidenti Donald Tramp Braziliya prezident seçkilərində Luiz İnasio Lula da Silvaya məğlub olan senator Flavio Bolsonarunun ABŞ-da istədiyi qədər qala biləcəyini bildirib.

Bizim.Media xəbər verir ki, Tramp bu barədə Floridadakı Mar-a-Laqo iqamətgahında jurnalistlərə açıqlamasında deyib.
 

“Görüşmək planım yoxdur, amma məncə, onunla çox pis davranıblar. O, burada istədiyi qədər qala bilər”, – deyə ABŞ prezidenti bildirib. Tramp Braziliyadakı seçkiləri də “rüsvayçılıq” adlandırıb.


Flavio Bolsonaro oktyabrın 28-də seçkilərdə məğlub olduqdan sonra ailəsi ilə birlikdə Mayamiyə gəlib. O, çirkli pulların yuyulması ilə bağlı araşdırmalarda adı hallandığı üçün hüquqi problemlərlə üzləşib. Braziliya hakimiyyəti onun ölkədən qaça biləcəyindən ehtiyat edərək pasportunu təhvil verməsini tələb edib.

Bolsonaro ittihamları rədd edir və siyasi təqibə məruz qaldığını bildirir. ABŞ hakimiyyəti ona və ailəsinə ölkəyə daxil olmaq üçün humanitar əsaslarla müvəqqəti icazə verib.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑