Dünya · Yeni Sabah

Abdullah Öcalanın saxlanıldığı yer dəyişdirildi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Abdullah Öcalanın saxlanıldığı yer dəyişdirildi xəbəri üçün şəkil

Türkiyənin Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM Parti) üzvü Pervin Buldan özünü buraxdığını elan edən PKK-nın lideri Abdullah Öcalanın İmralı həbsxanasında köçürüldüyü yeni məkanla bağlı açıqlama verib.

"Yeni Sabah" xəbər verir ki, Buldan Öcalanın köçürüldüyü yeni yerin həbsxana kompleksinin daxilində yerləşdiyini və ayrıca bir məkan olmadığını bildirib.

"Bu yer həbsxananın bir hissəsidir. Həbsxanadan kənarda yerləşmir, ora həbsxananın içindən keçilir. Düşünürəm ki, bunu sadəcə iş şəraitini bir qədər yaxşılaşdıran məkan kimi təsvir etmək daha məqsədəuyğundur. Biz də ora gedəndə görüşlərimizi həmin yerdə keçiririk. Əslində, uzun müddətdir ki, Öcalan ora gəlir, bizimlə görüşür, sonra isə əvvəlki yerinə qayıdırdı. Onun artıq orada daimi qalacağı barədə isə dünən axşam Mithat Sancar məlumat verdi", - deyə Buldan qeyd edib./Oxu.az Toyuqlu pizza


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑