BAKU.WS xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
Onun sözlərinə görə, planla bağlı yekun qərar qarşı tərəfin Tehranın suallarına verəcəyi cavablardan asılıdır.
Əraqçi qeyd edib ki, İran xarici işlər nazirinin müavini səviyyəsində nümayəndə heyətinin Qətərə səfəri son həftələr Tehrana gələn Qətər vasitəçiləri ilə məsləhətləşmələri davam etdirmək məqsədi daşıyıb. Səfər zamanı ABŞ tərəfi ilə danışıqlar aparılması nəzərdə tutulmayıb.
Nazir qarşı tərəfin rasional mövqe nümayiş etdirərək diplomatiyaya üstünlük verəcəyinə ümid etdiyini bildirib.
Xatırladaq ki, Əraqçi daha əvvəl İranın Hörmüz boğazının açılması planının icra müddətinin iki günə endirilməsinə razılıq verdiyini açıqlamışdı.


