Dünya · Axar.az

Futbol matçından sonra silahlı hücum: 1 ölü, 8 yaralı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Futbol matçından sonra silahlı hücum: 1 ölü, 8 yaralı xəbəri üçün şəkil

ABŞ-ın Alabama ştatında futbol matçından sonra stadion yaxınlığındakı küçələrdən birində baş verən silahlı hücum nəticəsində bir nəfər ölüb, 8 nəfər yaralanıb.

Axar.az xarici mediaya istinadla xəbər verir ki, Birmingem şəhər Polis Departamenti ənənəvi “Magic City Classic” futbol matçından sonra “Legion Field” stadionunun yaxınlığında silahlı insident baş verdiyini bildirib. Hadisə stadionun yaxınlığındakı küçədə, səyyar ticarətçilərin fəaliyyət göstərdiyi ərazidə qeydə alınıb. İnsident nəticəsində bir nəfərin öldüyü, 8 nəfərin yaralandığı bildirilib.

Polis hadisə yerindən bir neçə odlu silahın götürüldüyünü açıqlayıb.

İnsidentlə bağlı araşdırma başlanılıb, bir nəfər saxlanılıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑