Dünya · Konkret.az

İranda COVID-19-a yoluxma artır | KONKRET

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İranda COVID-19-a yoluxma artır | KONKRET xəbəri üçün şəkil

İranda qrip və COVID-19-a yoluxma artır, ölüm halları qeydə alınır.

KONKRET.az xəbər verir ki, bu barədə Tehran Tibb Elmləri Universitetinin yoluxucu xəstəliklər üzrə professoru Həmid Emadi Kuçək xəbərdarlıq edib.

E. Kuçək deyib ki, hazırda yayılan koronavirus alt ştammının ötürülmə və yoluxma sürəti əvvəlkilərdən qat-qat yüksəkdir, lakin bu növ koronavirusun səbəb olduğu ölüm göstəriciləri əvvəlki növlərə nisbətən daha azdır: pizza sifarişi

“Yayılmış viruslara, xüsusən də koronavirus və qripə yoluxmağın qarşısını almaq üçün yeganə təsirli və qabaqlayıcı yol, əlləri müntəzəm yumaq, izdihamlı mühitlərdə maskadan istifadə etmək və yaşlıların, eləcə də xroniki xəstəlikləri olan şəxslərin mümkün qədər sıx və izdihamlı yerlərdən çəkinməsi kimi fərdi gigiyena qaydalarına riayət etməkdir.

Mövcud məlumatlara əsasən, COVID-19 virusuna yoluxma hallarının əhəmiyyətli dərəcədə artması və kəskin yüksəlişi ilə üz-üzəyik”.

Qeyd olunub ki, bir çox insan ailə üzvlərinin, xüsusən də uşaqların tənəffüs yolları infeksiyalarına yoluxduğunu bildirir./Report

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑