Türkiyənin Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM Parti) nümayəndəsi Pervin Buldan PKK-nın həbsdəki lideri Abdullah Öcalanın İmralı həbsxanasında yerləşdirildiyi yeni məkan barədə danışıb.
Globalinfo.az xəbər verir ki, Buldanın sözlərinə görə, Öcalanın köçürüldüyü yer həbsxana kompleksinin ərazisində yerləşir və müstəqil obyekt deyil.
O bildirib ki, sözügedən məkana həbsxananın daxilindən keçməklə daxil olmaq mümkündür. Buldan bu dəyişikliyin Öcalanın saxlanma şəraitində müəyyən rahatlıq yaradılması məqsədi daşıdığını qeyd edib.
DEM Parti nümayəndəsinin sözlərinə görə, onlar Öcalanla görüşləri də həmin məkanda keçirirlər. O, bu yerin uzun müddətdir görüşlər üçün istifadə edildiyini, Öcalanın görüşlərdən sonra əvvəlki saxlanma yerinə qayıtdığını bildirib.
Buldan əlavə edib ki, Öcalanın bundan sonra yeni məkanda daimi qalacağı barədə məlumatı isə DEM Partinin nümayəndəsi Mithat Sancar bir gün əvvəl açıqlayıb.





