Dünya · Azxeber.com

G20 sammitində bu məsələlər müzakirə olunacaq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
G20 sammitində bu məsələlər müzakirə olunacaq xəbəri üçün şəkil
Dekabrda Mayamidə keçiriləcək G20 ölkələri liderlərinin sammitində iqtisadi artım və təhlükəsizlik məsələləri müzakirə olunacaq.
AZXEBER.COM xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.
Qurum qeyd edib ki, ABŞ dövlət katibi Marko Rubio beynəlxalq forum iştirakçılarının diqqətini təşkilatın fundamental missiyasına yönəldib.
"ABŞ dekabr ayında Mayamidə keçiriləcək G20 liderlərinin sammitində tərəfdaşlarımızla birlikdə bu səyləri davam etdirəcək", – deyə paylaşımda vurğulanıb.
Qeyd edək ki, 2026-cı ildə "Böyük iyirmilik" (G20) təşkilatına ABŞ sədrlik edir. Təşkilat çərçivəsində keçiriləcək tədbirlər dekabrın 14-15-də Mayami yaxınlığında baş tutacaq sammitlə yekunlaşacaq.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑