Dünya · Konkret.az

İrandan xəbərdarlıq: Bu yoluxucu xəstəliklər… | KONKRET

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İrandan xəbərdarlıq: Bu yoluxucu xəstəliklər… | KONKRET xəbəri üçün şəkil

Tehran Tibb Elmləri Universitetinin Yoluxucu Xəstəliklər kafedrasının professoru Həmid Əmadi respirator xəstəliklərin sürətlə yayılması ilə bağlı xəbərdarlıq edib.

KONKRET.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, hazırda yayılan COVID-19-un yeni subştamı əvvəlki variantlarla müqayisədə daha yoluxucudur və daha sürətlə yayılır.

Bununla belə, yeni variantın ölüm göstəricisinin əvvəlki mutasiyalarla müqayisədə nisbətən aşağı olduğu bildirilir.

Professor qeyd edib ki, koronavirusla mövsümi qripin eyni vaxtda yayılması epidemioloji vəziyyəti daha da çətinləşdirir. İnfeksiyalar xüsusilə ailələr arasında sürətlə yayılır. Yoluxma hallarının bütöv ailələr üzrə qeydə alındığı, uşaqların isə risk qrupunda olduğu vurğulanır.

Günay Əli
KONKRET.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑