Dünya · Trend.az

Sudanda neftvurma stansiyası və enerji infrastrukturu PUA hücumuna məruz qalıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Sudanda neftvurma stansiyası və enerji infrastrukturu PUA hücumuna məruz qalıb xəbəri üçün şəkil

Bakı. Trend:

Sudanın şərqində, Qırmızı dəniz ştatının Heyya şəhərində üsyançı “Çevik Reaksiya Qüvvələri” (ÇRQ) hərəkatına məxsus pilotsuz uçuş aparatları neftvurma stansiyasına və enerji infrastrukturu obyektinə hücum edib.

Bu barədə “Sudan Tribune” portalı yerli mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, oktyabrın 31-də həyata keçirilən hücum nəticəsində hər iki obyektdə yanğın baş verib. Neftvurma stansiyasına endirilən zərbə bir neçə xam neft çəninin alışmasına səbəb olub. Cənubi Sudandan neft Qırmızı dəniz sahilində yerləşən Bəşair ixrac terminalına Heyya şəhərindən keçən neft kəməri vasitəsilə nəql olunur.

Bundan əlavə, pilotsuz uçuş aparatı Heyya şəhərində tikintisi başa çatmaq üzrə olan transformator yarımstansiyasına da zərbə endirib. Bu obyekt Port-Sudanın elektrik təchizatının yaxşılaşdırılmasına xidmət etməli idi.

Qeyd edək ki, bu, son üç gün ərzində şəhərin enerji infrastrukturuna edilən ikinci hücumdur.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑