Dünya · Konkret.az

Polşada siyasi qarşıdurma böyüyür - Bunun arxasında Rusiya var? | KONKRET

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Polşada siyasi qarşıdurma böyüyür - Bunun arxasında Rusiya var? | KONKRET xəbəri üçün şəkil

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Polşada baş verən siyasi böhranda Rusiyanın izinin olduğu barədə səsləndirilən fikirlərə ironik münasibət bildirib.

KONKRET.az xəbər verir ki, Medvedev bu barədə sosial şəbəkə X-də paylaşım edib.

O, paylaşımında ABŞ-dakı seçkilərə müdaxilə, İspaniyadakı miqrasiya böhranı və Polşadakı konstitusiya böhranı ilə bağlı Rusiyanın ittiham edilməsini eyni kontekstdə təqdim edib.

“Bu nəqarəti sevirəm! ABŞ-da seçkilər? Ruslardır! İspaniyada miqrantlar? Ruslardır! Polşada konstitusiya çevrilişi? Əlbəttə, ruslardır! Təşəkkürlər! Bizi gücümüzdən başqa heç nə birləşdirmir! Qalanını isə özünüz bilirsiniz… irəli gedirik!” – deyə Medvedev yazıb.

Qeyd edək ki, Polşada siyasi böhran Baş nazir Donald Tuskun Konstitusiya Məhkəməsinə öz hökumətinin keçmiş üzvü Maçey Berekin hakim təyin edilməsi qərarından sonra daha da kəskinləşib. Məhkəmənin binası qarşısında etiraz aksiyaları keçirilib, oktyabrın 31-nə keçən gecə isə etirazçılar polis səddini aşmağa cəhd ediblər.

Polşanın Baş naziri Donald Tusk oktyabrın 31-də xalqa müraciətində böhranın arxasında Rusiyanın dayana biləcəyini iddia edib.

Günay Əli 

KONKRET.az 

 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑