Dünya · Yeni Çağ

Zelenski: “Putinlə Türkiyədə görüşməyə hazıram” - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Zelenski: “Putinlə Türkiyədə görüşməyə hazıram” - Yeni Çağ xəbəri üçün şəkil

Ukrayna Prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə Türkiyədə görüşməyə hazır olduğunu bildirib.

Yenicag.az xəbər verir ki, Zelenski bu barədə “CNN Türk” telekanalına müsahibəsində danışıb.

O, danışıqların başlanması üçün çevik hərəkətə keçməyin vacibliyini vurğulayıb. Xüsusilə Qara dənizdə təhlükəsizliyin təmin edilməsinin əhəmiyyətinə diqqət çəkib.

Zelenskinin sözlərinə görə, Qara dənizdə təcili olaraq təhlükəsiz dəhliz açılmalıdır. O, hazırda 4 gəminin Rusiya hücumlarına məruz qaldığını bildirib.

“Prezident Ərdoğan bu məsələləri Rusiya tərəfi ilə müzakirə edəcək. Bunun hansı formatda, necə və nə vaxt keçiriləcəyi, əlbəttə ki, Prezidentin öz qərarından asılıdır”, – deyə Zelenski qeyd edib./Apa/

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑