Dünya · Konkret.az

Trampdan İranla bağlı yeni qərar? - Netanyahu ilə telefon danışığının pərdəarxası | KONKRET

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Trampdan İranla bağlı yeni qərar? - Netanyahu ilə telefon danışığının pərdəarxası | KONKRET xəbəri üçün şəkil

ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında baş tutan telefon danışığı regionda hərbi gərginliyin yenidən artdığı bir vaxta təsadüf edib.

KONKRET.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti məlumat yayıb.

Məlumata görə, iki lider şənbə günü səhər saatlarında telefonla danışıblar. Söhbətin konkret məzmunu açıqlanmasa da, danışıq Vaşinqtonun İrana qarşı hərbi əməliyyatları yenidən bərpa etmək ehtimallarını nəzərdən keçirdiyi bir vaxta təsadüf edib.

Qeyd edək ki, Tramp bundan bir neçə gün əvvəl Ağ Evdə yüksək rütbəli hərbi komandirlərlə görüşərək regionda genişmiqyaslı hərbi əməliyyatların yenidən başlanması variantlarını müzakirə edib.

ABŞ lideri oktyabrın 31-də Palm-Biçdə jurnalistlərə açıqlamasında İran ərazisində hələ bir və ya iki hədəfin zərərsizləşdirilməli olduğunu bildirib. O, bu hədəflərdən biri kimi “Pickaxe Mountain” obyektini də qeyd edib və həmin obyektin məhv edilməsinin cəmi 10 dəqiqə çəkə biləcəyini iddia edib.

Tramp İranla danışıqların yaxşı getdiyini desə də, Tehranın etibarlı tərəfdaş olmadığını vurğulayıb.

ABŞ dövlət katibi Marko Rubio isə Vaşinqtonun İranla münaqişənin diplomatik yolla həllinə üstünlük verdiyini, lakin hərbi variantın da masada qaldığını bildirib.

Beləliklə, Tramp və Netanyahunun telefon danışığı ABŞ-ın İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşdığı barədə məlumatların yayıldığı bir vaxtda diqqət çəkib.

Günay Əli 

KONKRET.az 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑