Avropa Komissiyası (AK) AB-nin "Hazırlıq 2030" hərbiləşdirmə strategiyasında müəyyən edilmiş hədəflərə çatmayacağından narahatdır və hərbi səylərin artırılmasına çağırır.
Axar.az xəbər verir ki, bu barədə "Reporter" portalının məlumatında deyilir.
"AB görünməmiş maliyyələşdirmə və siyasi öhdəliklərə baxmayaraq, müdafiə məqsədlərinə çatmaqdan uzaqdır. Avropa Komissiyası AB ölkələrindən böhrana və ya ağır vəziyyətə çevik reaksiya vermək, dayanıqlılığı, hazırlığı və hərbi imkanları artırmaq üçün daha çox fəaliyyət tələb etmək niyyətindədir”, - qeyd edilib.
Bildirilib ki, bu qiymətləndirmə Avropa Müdafiə Agentliyi tərəfindən əvvəllər dərc edilmiş məxfi hesabatı təsdiqləyib.
Belə ki, bu hesabatda “Avropa Hazırlığı 2030” proqramı çərçivəsində AB-nin hərbi imkanlarının inkişafı üçün doqquz prioritet sahənin hamısında "əhəmiyyətli çətinliklər" qeyd edilmişdi.
Qeyd edək ki, AB 2030-cu ili ittifaqın Rusiya ilə hipotetik qeyri-nüvə münaqişəsinə hazırlaşması üçün son tarix kimi müəyyən edib.

